Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
230
04.10.2024, 21:26
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə qarşılaşıb.
OXU24.COM xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 3:4 hesabı ilə məğlub olan paytaxt klubunun baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis oyunun təhlilini ertələdiyini bildirib:
“Bugünkü oyun barədə ilk dəfədir ki, təhlil edib deyə bilmirəm. Çünkü bu cür oyunları dəqiq təhlil edib nəsə deyə bilərəm. Elə durumdayam ki, sanki mənimlə nəsə baş verir. Ona görə də, bu oyunun təhlilini ertələyirəm. Hansısa düşüncələr, fikirlər, bunları ertələmək lazımdır.
Oyunun sonları haqda danışmaq istəyirəm. Azarkeşlərimiz mənə qarşı yaxşı olmayan ifadələr işlədirdi. Mən onlara heç nə demək istəmirəm. Hər şeyə rəğmən, mən onlara təşəkkürümü bildirirəm. Onları başa düşürəm. Bu qədər səbr etdiklərinə görə təşəkkür edirəm.
Elə bir durumda deyiləm ki, özüm-özümü cəzalandıram.
Mən bu məğlubiyyəti qəbul edirəm. Bayaq da dedim ki, indi bu məsələlər haqda danışmaq istəmirəm. Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir”.
“Neftçi” növbəti turda “Səbail”i qəbul edəcək.
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.