Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xarici İşlər Nazirliyi:ABŞ İsrailin Livana təcavüzünü təşviq edir

Rusiya Xarici İşlər Nazirliyi:ABŞ İsrailin Livana təcavüzünü təşviq edir

DÜNYA

207

04.10.2024, 11:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ hakimiyyəti İsrailin Livana hücumlarını pisləmir və Yaxın Şərqdə müharibə zonasının genişləndirilməsini təşviq edir.

Oxu24.com xəbər veri ki, Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan “BMT: Yenə də xalqların hərəkətlərinin əlaqələndirilməsi mərkəzi olmaq” adlı məqaləsində xarici işlər naziri Sergey Lavrov yazıb.

“İsrail oktyabrın 1-nə keçən gecə Livana quru işğalına başladıqdan sonra ABŞ administrasiyasından suveren dövlətə qarşı bu təcavüz aktı ilə bağlı heç bir qınaq kəlməsi gəlmədi”, o vurğulayıb.

Lavrovun sözlərinə görə, ərəb-İsrail münaqişəsində hadisələrin faciəvi inkişafı onu deməyə əsas verir ki, “təhlükəsizlik ya hamı üçün bərabər və bölünməz ola bilər, ya da heç kim üçün olmayacaq”.

 

Miri