Qaynar xətt:

(+99450) 247 90 86

Putin Qətərə gedə bilər

Putin Qətərə gedə bilər

DÜNYA

263

03.10.2024, 12:23

Rusiya və Qətər prezident Vladimir Putinin ərəb ölkəsinə mümkün səfərini, həmçinin Qətər əmiri Təmim bin Həməd Al Taninin Moskvaya səfərinin vaxtını müzakirə edir.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Qətərin Rusiya Federasiyasındakı səfiri Əhməd bin Nasser bin Casim Al Tani RİA Novosti-yə müsahibəsində bildirib.

 

Diplomat bildirib  ki, Qətər əmiri Putindən Rusiyaya səfər dəvəti alıb. Əmir öz növbəsində Rusiya liderini Dohaya dəvət etsə də, indi tarix məsələsi müzakirə olunur.

Putin və Qətər əmiri sonuncu dəfə bu il iyulun əvvəlində Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. Sonra Qətər əmiri müvafiq dəvət alıb.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkianın oktyabrda Kazanda BRİKS sammitinə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağı bildirilirdi.

Sentyabrın əvvəlində Putin Monqolustana rəsmi səfər edib.

Bundan əvvəl Qvineya-Bisau rəhbərinin Rusiyaya səfərinin bu il baş tuta biləcəyi bildirilirdi.

 

Miri