İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb
06 Sentyabr 2026, 13:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
628
02.10.2024, 18:53
Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında törədilən iki partlayışdan sonra üç isveçli saxlanılıb.
Oxu24.com xəbər verir ki, Kopenhagen polisinin sözçüsü Yens Jespersen verdiyi açıqlamada İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında yerli vaxtla saat 03.30 radələrində iki partlayışın baş verdiyini açıqlayıb.
Jespersen, tapıntıların partlayışların əl qumbaraları ilə törədildiyini göstərdiyini və hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ bilmədiklərini qeyd edib.
Partlayışın baş verdiyi ərazidə başqa səfirlik binalarının da olduğunu bildirən Jespersen, 15-20 yaşlarında 3 isveçlinin nəzarətə alındığını və şübhəlilər haqqında "qanunsuz silah saxlamaq" kimi ittihamların irəli sürüləcəyini qeyd edib.
Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisənin ciddi olduğunu bildirərək, "Ancaq səbəblə bağlı şərh vermək hələ tezdir" deyib.
Polis hadisə nəticəsində ölən və yaralanan olmadığını bildirib.
Nigar
00:42 / 07 Sentyabr 2026
15
23:52 / 06 Sentyabr 2026
131
23:31 / 06 Sentyabr 2026
62
23:02 / 06 Sentyabr 2026
112
22:35 / 06 Sentyabr 2026
71
22:00 / 06 Sentyabr 2026
86
21:24 / 06 Sentyabr 2026
80
21:14 / 06 Sentyabr 2026
66
21:10 / 06 Sentyabr 2026
70
21:00 / 06 Sentyabr 2026
113
20:32 / 06 Sentyabr 2026
66
20:25 / 06 Sentyabr 2026
91
20:15 / 06 Sentyabr 2026
76
19:58 / 06 Sentyabr 2026
69
19:44 / 06 Sentyabr 2026
97
18:50 / 06 Sentyabr 2026
84
18:40 / 06 Sentyabr 2026
88
18:15 / 06 Sentyabr 2026
100
15:39 / 06 Sentyabr 2026
1737
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
107
14:14 / 06 Sentyabr 2026
92
14:00 / 06 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.