Qaynar xətt:

(+99450) 247 90 86

Latviya prezidenti velosipeddən yıxıldı, əlini sındırdı

Latviya prezidenti velosipeddən yıxıldı, əlini sındırdı

DÜNYA

335

29.09.2024, 23:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Latviya prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılarkən sağ əlinin biləyini, sol əlinin barmağını sındırıb.

OXU24.COM  xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Hadisə sentyabrın 28-də Rinkeviçslərin velosiped sürməsi zamanı baş verib. Yıxıldıqdan sonra dövlət başçısı tibbi yardıma müraciət edib, həkimlər onun sınıqlarını müəyyən edib və gips qoyublar.

Latviya Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martinş Dregeris jurnalistlərə bildirib ki, zədə dövlət başçısının işinə təsir etməyəcək, o, hələ də sənədləri yazıb imzalaya bilər.