Qaynar xətt:

(+99450) 247 90 86

İsrail ordusu “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib

İsrail ordusu “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib

DÜNYA

227

25.09.2024, 20:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Livanda silah anbarları, atıcı qurğular, hərbi infrastruktur obyektləri və “Hizbullah”ın üzvləri hava hücumlarının hədəfində olub.

Qeyd olunur ki, hazırda İsrail hərbçiləri Livanda digər hədəflərə zərbələr endirməkdə davam edir.

“İsrail Müdafiə Qüvvələri ölkəni qorumaq üçün “Hizbullah” terror təşkilatına qarşı fəaliyyətini davam etdirəcək”, - məlumatda bildirilib.