Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan ordusunda ŞOK:20 hərbçi...

2019-04/1555046336_685cb0192ae146e.jpg

DÜNYA

1156

12.04.2019, 09:22

\"\" 
Ermənistanın Müdafiə Nazirliyinə məxsus \"ZİL-131\" markalı avtomobil qəzaya düşüb. Oxu24.com   “News.am”-a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində, Mehri rayonundan Naxçıvan sərhədinə gedən yolda baş verib. Qəza yerli vaxtla saat 20:31-də qeydə alınıb. Məlumata görə, avtomobilin yol kənarına aşması nəticəsində Ermənistan ordusunun 18 hərbi qulluqçusu xəsarət alıb. Yaralılar Mehridə yerləşən tibb mərkəzinə çatdırılıb. Onlardan birinin vəziyyəti orta-ağırdır, bir neçə nəfərdə isə sınıq xəsarətləri aşkar edilib. Hazırda yaralılar həkim nəzarətindədir. Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. \"\"