Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11789
az

Qadın donuza görə həbsxanaya düşdü - Şok təfərrüat

17:1009 Aprel, 2019
702
DÜNYA
  • A
 
Böyük Britaniya vətəndaşı olan bir qadın Fransada evində saxladığı donuzu öldürdüyü üçün azadlıqdan məhrum edilib.

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, Beyb adlı donuz iki aylıq olarkən, yerli heyvan haqları müdafiəçiləri tərəfindən sığınacağa verilmişdi.

Son iki ilini heyvan sığınacağında keçirən Beyb burada özünə yeni sahib də tapıb. Sığınacağın yaxınlığında yaşayan 40 yaşlı qadın Beybi öz qəyyumluğuna götürməyi qəbul edib. Lakin ət üçün evcil heyvanı öldürməyi qadağan edən müqavilə imzalamaq məcburiyyətində qalıb.

Donuzun yeni sahibi heyvana baxmaqdan bezdikdən sonra keçmiş həyat yoldaşına müraciət edib. Onunla birlikdə Beybi ov tüfəngi ilə öldürdükdən sonra ətini doğramaq üçün qəssaba verib. Bu sirri polisə açan da qəssab olub.

Polisin axtarışlarından sonra qadının evindən Beybin ətindən hazırlanmış konservlər və 110 kq ət aşkar olunub.

Məhkəmə qadını buna görə mühakimə edib. Məhkəmənin qərarı ilə 3 aylıq azadlıqdan məhrum edilən qadın 500 avro cərimə də ödəməli olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Tramp Milli Təhlükəsizlik Şurasını dağıtdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı