Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan Avropaya pəncərə açır

Ermənistan Avropaya pəncərə açır

DÜNYA

282

05.09.2024, 20:57

Ermənistan Mərkəzi Seçki Komissiyası “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinin təqdim edilməsi məqsədilə təşəbbüs qrupunun yaradılması barədə qərar təqdim edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

 

Sənədi 51 nəfərdən ibarət qrup təqdim etdiyi qeyd edilir.

Onlar Respublika Partiyasının sədr müavini Artak Zeynalyanı səlahiyyətli nümayəndə təyin ediblər. Sənədləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Nune Hovhannisyan qəbul edib.

MSK 10 gün müddətində təşəbbüs qrupunun və onun səlahiyyətli nümayəndəsinin qeydiyyatı haqqında ərizəyə baxmalıdır.

 

Miri