Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da qadın Trampı hədələməkdə şübhəli bilinərək saxlanılıb

DÜNYA

173

03.08.2024, 12:55

Vaşinqtonda ABŞ-ın keçmiş prezidenti Donald Trampı təhdid etməkdə və lisenziyasız silah gəzdirməkdə şübhəli bilinən Texas sakini saxlanılıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə CNN yazır.

 

Televiziya stansiyasının əldə etdiyi yerli polis hesabatına görə, ABŞ Məxfi Xidməti ilk olaraq avqustun 2-də qadınla bağlı agentliyə məlumat verib.

 

Onun San Antoniodan olan 41 yaşlı Kristin Montoye olduğu ortaya çıxıb.

 

Polis əməkdaşları şübhəlini və onun Honda Accordunu Şimal-şərq DC-də yaşayış massivində tapıblar. Polis amerikalı qadını ölkənin keçmiş liderini hədələməkdə, lisenziyasız tapança gəzdirməkdə və qeydiyyatsız odlu silah saxlamaqda ittiham edib.


Hüquq-mühafizə orqanlarının əməkdaşları onu da qeyd ediblər ki, Montoya iyulun 20-də siyasətçini təhdid etməyə başlayıb. Lakin polis hələlik iddia edilən təhdidlərlə bağlı hər hansı təfərrüat verməyib.

 

İyulun 13-də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində sui-qəsd cəhdindən sağ çıxıb. O, qulağından yaralanıb. Atıcı məxfi xidmət tərəfindən öldürülüb. Onun yerli sakin Tomas Metyu Kruks olduğu ortaya çıxıb.

 

Nigar