Qaynar xətt:

(+99450) 247 90 86

Qəzzada son 10 gündə 561 fələstinli həyatını itirib

Qəzzada son 10 gündə 561 fələstinli həyatını itirib

DÜNYA

380

24.07.2024, 21:38

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 292 gündür hücumları ilə bağlı məlumat verilib.

 

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 55 fələstinlinin şəhid olduğu, 110 nəfərin yaralandığı bildirilib.

 

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 145-ə, yaralıların sayı isə 90 min 257-yə yüksəlib.

 

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də qeyd olunub.

 

Nigar