Qaynar xətt:

(+99450) 247 90 86

Kiyevə ilk 1,4 milyard avroluq pul verildi

Kiyevə ilk 1,4 milyard avroluq pul verildi

DÜNYA

295

23.07.2024, 20:12

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Josep Borrell, Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında, dondurulmuş Rusiyadan əldə edilən gəlirlərdən Ukraynaya hərbi yardım üçün 1,4 milyard avroluq ilk tranşın ayrıldığını bildirib.

 

Oxu24.com xəbər verir  ki,  onun sözlərinə görə, Aİ-yə üzv ölkələr Ukraynanın prioritet silahlar almasını maliyyələşdirmək niyyətindədir.

 

Qeyd olunur ki, söhbət hava hücumundan müdafiə və artilleriya üçün sursatlardan, həmçinin Ukraynanın müdafiə sənayesi üçün təchizatdan gedir.

 

Nigar