Qaynar xətt:

(+99450) 247 90 86

Tramp sui-qəsd cəhdindən sonra xərəkdə uzanmaqdan imtina edib

Tramp sui-qəsd cəhdindən sonra xərəkdə uzanmaqdan imtina edib

DÜNYA

284

23.07.2024, 18:37

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, sui-qəsddən sonra onu xərəyə mindirmək istəyiblər, lakin o, bundan imtina edib.

 

Oxu24.com xəbər verir  ki, Ağ Evin keçmiş rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

 

“Məni xərəyə qoymaq istədilər... Mən dedim ki, xərəyə getməyəcəm, çünki bunun sadəcə qulaq zədəsi olduğunu düşündüm. Çoxlu qan var idi”, deyə o bildirib.

 

Bundan əvvəl siyasətçi aldığı yaranın getdikcə sağaldığını və "kiçik sarğılara" keçdiyini bildirib.

 

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruksun ağır depressiv xəstəlikdən əziyyət çəkə biləcəyi bildirilib.

 

Nigar