Qaynar xətt:

(+99450) 247 90 86

Təcili yardımı saxlayıb salonu yoxlayanlardan biri saxlanılıb.

Təcili yardımı saxlayıb salonu yoxlayanlardan biri saxlanılıb.

DÜNYA

317

11.06.2024, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 İstanbul Kadıköydə təcili yardım maşınını saxlayaraq içəridə xəstə olub-olmadığını yoxlayan iki nəfərdən biri yaxalanıb.

 

Oxu24.com xəbər verir  ki, bu  barədə  Türkiyənin Səhiyyə naziri Fahrettin Koca da hadisənin görüntülərini paylaşaraq "Bu iki adamda insanlıq görməyəcəksiniz. Qanun onların arxasındadır" deyib. 

İstanbulun Kadıköy rayonunda iki nəfər motosikletlə təcili yardım maşınını saxlayıb və içərisində xəstə olmadığını iddia edərək təcili yardım sürücüsü ilə mübahisə edib.

Həkimlər  xəstəni göstərəndən sonra əmin olub, oradan uzaqlaşıb.

Görüntülər əsasında  polis hərəkətə keçib. İstanbulda təcili yardımın qarşısını kəsən iki şübhəlidən biri Emirhan Baydaroğlu saxlanılıb. Motosiklet sürücüsünün saxlanılması üçün işlərin davam etdiyi qeyd edilib.

 

Nigar