Qaynar xətt:

(+99450) 247 90 86

Keçmiş mer sui-qəsddən sonra dünyasını dəyişib

Keçmiş mer  sui-qəsddən sonra dünyasını dəyişib

DÜNYA

283

11.06.2024, 20:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xarkov vilayətinin Kupyansk şəhərinin keçmiş meri Gennadi Matseqora iyunun 10-da dünyasını dəyişib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə onun anası Lyudmila məlumat verib.

 

O, sosial şəbəkələrdə yazıb: “Biz, sizin ailəniz sizi və saleh əməllərinizi yaşayıb xatırlayacağıq”.

 

Lyudmilanın sözlərinə görə, Gennadi həmişə insanlar üçün yaşayıb və nadir hallarda özü haqqında fikirləşib.

 

Xatırladaq ki, iyunun 9-da Belqorod vilayətinin Starıy Oskol şəhərində Matseqoranın həyatına sui-qəsd edildiyi barədə məlumat yayılmışdı. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sui-qəsd cəhdinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Qeyd edək ki, Gennadi bir müddət əvvəl Starı Oskoldakı Georgiyevski idman kompleksinin direktoru vəzifəsində çalışıb. Ukraynada onu dövlətə xəyanətdə ittiham ediblər.

 

Miri