Lukaşenko Belarusda ondan sonra kimin prezident olacağına aydınlıq gətirib
25 Noyabr 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
351
10.06.2024, 18:14
ABŞ Fələstinin HƏMAS radikal hərəkatı ilə danışıqlar prosesində İsrailin iştirakı olmadan girovların azad edilməsinə dair razılaşmanı müzakirə edə bilər.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, iki hazırkı və iki keçmiş yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri HƏMAS ilə birtərəfli razılaşmanın mümkünlüyünü müzakirə ediblər.
Bildirilib ki, razılaşmanın məqsədi HƏMAS tərəfindən girov saxlanılan 5 ABŞ vətəndaşının azad edilməsi olacaq. Birləşmiş Ştatlar İsrailin iştirakı ilə hazırkı atəşkəs danışıqları uğursuzluqla nəticələnərsə belə müzakirələrin başlanmasına icazə verib.
Başqa məlumata görə, Qətər ABŞ və HƏMAS arasında danışıqlarda vasitəçi ola bilər.
Eyni zamanda ABŞ rəhbərliyi belə bir razılaşmanın ABŞ-İsrail münasibətlərində gərginliyi artıracağından ehtiyat edir. Buna baxmayaraq, ABŞ rəsmiləri belə bir razılaşmanı İsraili HƏMAS ilə barışıq əldə etməyə təşviq etmək üçün bir yol kimi görürlər.
Ağ Ev bu məlumatı şərh etməyib.
Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” yazmışdı ki, Misir və Qətər Bayden administrasiyasının göstərişi ilə İsraillə razılaşma üçün HƏMAS liderlərinə təzyiq edib.
Mənbə: Nbc.com
Yeganə
15:26 / 25 Noyabr 2026
1
15:22 / 25 Noyabr 2026
32
15:19 / 25 Noyabr 2026
36
15:10 / 25 Noyabr 2026
48
15:03 / 25 Noyabr 2026
118
14:58 / 25 Noyabr 2026
65
14:57 / 25 Noyabr 2026
89
14:33 / 25 Noyabr 2026
91
14:30 / 25 Noyabr 2026
106
14:29 / 25 Noyabr 2026
82
14:21 / 25 Noyabr 2026
89
14:03 / 25 Noyabr 2026
370
14:02 / 25 Noyabr 2026
118
14:00 / 25 Noyabr 2026
126
13:56 / 25 Noyabr 2026
113
13:47 / 25 Noyabr 2026
100
13:45 / 25 Noyabr 2026
109
13:27 / 25 Noyabr 2026
728
13:15 / 25 Noyabr 2026
127
13:11 / 25 Noyabr 2026
813
13:10 / 25 Noyabr 2026
146
12:58 / 25 Noyabr 2026
133
12:57 / 25 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.