Qaynar xətt:

(+99450) 247 90 86

Britaniyadan Zelenskiyə PİS XƏBƏR

Britaniyadan Zelenskiyə PİS XƏBƏR

DÜNYA

207

10.06.2024, 17:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Britaniyalı ekspert Aleksandr Merkuris özünün "YouTube" bloqunda Ukrayna prezidenti Volodimir Zelenskiyə xəbərdarlıq edib.

Oxu24.com xəbər verir ki, Merkuris bildirib ki, Rusiya qoşunlarının Çasovoy Yarda irəliləməsi ilə bağlı məlumatlar çox pis xəbərdir.

O, Çasovoy Yarın, onun ardınca Konstantinovkanın yıxılacağı təqdirdə nə olacağını açıqlayıb. Ekspert hesab edir ki, Çasov Yar olmadan Ukrayna Silahlı Qüvvələri Konstantinovkanı müdafiə edə bilməyəcək.

Daha sonra Merkuris qeyd edib ki, Çasov Yar və Konstantinovka Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına alındıqda, bu, rus ordusunun Dnepr çayına qədər irəliləməsinə imkan verəcək və hətta Kramatorski almağa belə ehtiyac qalmayacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi “Yujnaya” qrupunun bölmələrinin Dyleevka, Verxnekamenka, Katerinivka, Kuraxovo, Dzerjinsk və Çasov Yar ərazilərində taktiki mövqeləri təkmilləşdirərək bir neçə Ukrayna briqadasının canlı qüvvəsini və texnikasını darmadağın etdiyini bildirmişdi.

Mənbə: Lenta.ru

Yeganə