İyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna ilə bağlı konfrans keçiriləcək.
Oxu24.com xəbər verir ki, İsveçrə prezidenti Viola Amqerd ümid edir ki, bu tədbir son nəticədə Rusiyanın iştirakı ilə sülh sammitinin təşkilinə imkan verəcək.
İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassis də bildirib ki, İsveçrə Rusiyanın Ukraynada sülh prosesinə cəlb olunması məsələsi üzərində işləyir. Onun sözlərinə görə, bütün tərəflər razıdır ki, Rusiya Federasiyası Ukrayna üzrə dialoqda iştirak etməlidir, lakin belə bir məqamın nə vaxt gələcəyi sual altındadır.
Mənbə: RİA.ru
Yeganə
Oxu24.com
ŞƏRHLƏR