Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb.
Xarici media xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, ilk pillədə Avropa Xalq Partiyası yer alıb.
Sözügedən partiyanın 720 yerdən 181-ni qazandığı bildirilir.
İkinci pillədə isə 135 mandatla Sosialistlər və Demokratların Proqressiv Alyansı yer alıb.
Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-na qədər keçirilib. Bu, Avropa Parlamentinə keçirilən 10-cu belə seçki olub.
Oxu24.com
ŞƏRHLƏR