Silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinin seçkiləri üçün səsvermə haqqını müalicə aldığı xəstəxanada istifadə edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.
“Səsimi xəstəxanada istifadə etdim. Çünki bu seçkilər önəmlidir. Sülh təşəbbüslərini dəstəkləyən Avrop Parlamenti üzvlərini seçmək lazımdır, müharibənin davam etməsini istəyənləri yox”, - o bildirib.
Qeyd edək ki, Slovakiyada yerli vaxtla saat 07:00-da başlayan səsvermə proseduru 22:00-dək davam edəcək. 22 partiya və 1 ittifaqın yarışdığı seçkilərdə AP-nin 15 yeni üzvü müəyyənləşəcək.
Oxu24.com
ŞƏRHLƏR