Qaynar xətt:

(+99450) 247 90 86

Fransada etirazlar yenidən başlayır

Fransada etirazlar yenidən başlayır

DÜNYA

304

07.06.2024, 20:43

Fransa Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqı (CGT) ölkədə pensiya islahatları ilə bağlı yenidən etiraz nümayişlərinə və tətillərə başlandığını elan edib.

OXU24.COM  xəbər verir ki, liman işçiləri və dokerlər 14 günlük tətilə başladıqlarını bəyan ediblər.

Bu gündən etibarən liman əraziləri bağlanaraq üç gün davam edəcək “ölü limanlar” əməliyyatına başlanılıb.

Tətilçilər iyul ayında mübarizələrinin daha da gücləndiriləcəyini istisna etmirlər.

Hökumətin onların səfərbərliyinə şübhə ilə yanaşdığını deyən Limanlar və Dokerlər Federasiyası həmkarlar ittifaqının baş katibi artıq bütün liman işçilərinin və dokerlərin bir araya gəldiklərini vurğulayıb.