Qaynar xətt:

(+99450) 247 90 86

İsveç NATO-nun hava patrulunda iştirak edəcək

İsveç NATO-nun hava patrulunda iştirak edəcək

DÜNYA

261

07.06.2024, 14:18

"İsveç seçilmiş bölgələrdə NATO-nun hava patrullarında iştirak edəcək".

Oxu24.com xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

“İsveç Baltikyanı və Yüksək Şimal bölgələrində mövcudluğumuza töhfə verir”,-deyə, o, ölkəyə səfəri zamanı mətbuat konfransında bildirib.

Stoltenberq həmçinin qeyd edib ki, İsveç müdafiə üçün ÜDM-in 2%-ni və ya daha çoxunu xərcləyir. Baş katib əlavə edib ki, isveçlilərin güclü müdafiə sənayesi və təlim keçmiş silahlı qüvvələri var. 

Xatırladaq ki, İsveç rəsmi olaraq 2024-cü il martın 7-də alyansın 32-ci üzvü oldu. Bundan əvvəl Stoltenberq Avropa İttifaqı (Aİ) daxilində paralel hərbi strukturların yaradılmasına qarşı çıxıb. Onun fikrincə, NATO funksiyalarının təkrarlanması Avropanı yalnız zəiflədəcək.

Mənbə: Smotrim.ru

Yeganə