Qaynar xətt:

(+99450) 247 90 86

Kreml Ukrayna ilə bağlı İsveçrədə keçirilən sammiti şərh edib

Kreml Ukrayna ilə bağlı İsveçrədə keçirilən sammiti şərh edib

DÜNYA

234

07.06.2024, 13:22

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək sammit hadisəlilik baxımından boş bir hadisə olacaq.

 

Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Xəbər baxımından, hadisə nöqteyi-nəzərindən bu, boş bir hadisə olacaq”, deyə o bildirib.

 

Eyni zamanda Kreml nümayəndəsi qeyd edib ki, burada iştirak edib-etməmək hər bir ölkənin suveren münasibətidir.

 

Bundan əvvəl İsveçrə prezidenti Viola Amherd bildirib ki, Ukraynadakı münaqişənin həlli üzrə beynəlxalq konfransın nəticələrinə görə sülh sazişi imzalanmayacaq, çünki bunun baş verməsi üçün danışıqlar masasında Rusiya da iştirak etməlidir.

 

İyunun 15-dən 16-dək İsveçrənin Bürgenstok kurortunda Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üzrə sammit keçiriləcək.

 

Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən çox ölkə iştirakını təsdiqləyib.

 

Çin sammitdə iştirak etməyəcək, Rusiya dəvət edilməyib, ABŞ prezidenti Co Bayden isə tədbirdə iştirak edə bilməyəcək.

 

Daha əvvəl Peskov SPİEF-də Putinlə müzakirənin nəyə həsr olunacağını bildirib.

 

Nigar