Qaynar xətt:

(+99450) 247 90 86

"Ən Güclü Cadugərlər İmperiyası"nın qadın rəhbəri SAXLANILDI - FOTO

\\\"Ən Güclü Cadugərlər İmperiyası\\\"nın qadın rəhbəri SAXLANILDI - FOTO

DÜNYA

364

04.06.2024, 19:19

Təhlükəsizlik qüvvələri “Ən Güclü Cadugərlər İmperiyası” okkult təşkilatının lideri Yelena Sulikovanı fırıldaqçılıqda və ekstremizmdə şübhəli bilinərək saxlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

“Çərşənbə axşamı təhlükəsizlik qüvvələri “Ən Güclü Cadugərlər İmperiyası” okkult təşkilatının rəhbəri Yelena Sulikovanı (izləyicilər onu Alena Polyn adlandırırdılar) saxlayıblar”, - mənbə bildirib.

Onun sözlərinə görə, qadın Moskva vilayətindəki evində dələduzluq və ekstremizmdə şübhəli bilinərək saxlanılıb və hazırda orada axtarışlar aparılır. Əvvəllər qurumun üzvlərinin vətəndaşlara psevdodini xidmətlər göstərdiyi müəyyən edilib.