Qaynar xətt:

(+99450) 247 90 86

Bayden Çini ittiham etdi: Seçkilərə müdaxilə...

Bayden Çini ittiham etdi: Seçkilərə müdaxilə...

DÜNYA

258

04.06.2024, 18:56

ABŞ prezidenti Co Bayden Çinin Amerika seçkilərinə müdaxilə etdiyini bildirib.

OXU24.COM  xəbər verir ki, Bayden "Time"-a deyib ki, müdaxilənin baş verdiyinə dair sübutlar var.

Amerika lideri “kəşfiyyatın nöqteyi-nəzərini” əsas gətirərək təfərrüatları açıqlamayıb.

Onun fikrincə, Çin ABŞ-ın keçmiş prezidenti və ölkə başçısı postuna namizəd Donald Trampı dəstəkləyir, çünki “bütün pis adamlar” onu dəstəkləyir.

Üstəlik, ABŞ prezidenti çinliləri ksenofob adlandırıb. Bayden həmçinin Çin iqtisadiyyatının böyüdüyünə şübhə edir.

Amerika prezidentinin sözlərinə görə, o, “demokratiyasını” Trampdan qoruyub saxlamağa çalışır.