Türkiyənin Qaziantep rayonunda bir şəxsi dişləyən itin quduz olduğu üzə çıxıb.
OXU24.COM xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat verib.
Bildirilib ki, hadisədən sonra ölən itdən nümunə götürülüb və Adana Baytar Nəzarət İnstitutuna göndərilib.
Araşdırma zamanı itin ölüm səbəbinin quduzluq olduğu müəyyən edilib.
Rayon Heyvan Sağlamlığı Komissiyasının qərarı ilə həmin məhəllə 6 ay müddətinə karantinə alınıb. Karantin dövründə xəbərdarlıq lövhəsinin asıldığı əraziyə heyvanların giriş-çıxışı qadağan edilib.
Oxu24.com
ŞƏRHLƏR