Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya ordusu əməliyyat keçirib

Rusiya ordusu əməliyyat keçirib

DÜNYA

310

28.05.2024, 22:11

Rusiya Silahlı Qüvvələri İslam yaraqlıları tərəfindən əsir götürülən Çad əsgərlərini azad etmək üçün əməliyyat keçirib.

 

Oxu24.com xəbər verir  ki, “Mərkəzi Afrikada Rusiya hərbçiləri Çad Respublikasından olan həmkarları ilə birgə əməliyyat keçirərək Çad hərbçilərini qanunsuz silahlı birləşmələrin yaraqlılarının əsirliyindən azad ediblər”, - Rusiya Müdafiə Nazirliyi bildirib.

 

Departament bildirib ki, doqquz ay əvvəl Tibesti bölgəsində hava limanında minalardan təmizlənərkən islam yaraqlıları 21 Çad hərbçisini əsir götürüblər.

 

Məhkumlar terrorçuların düşərgəsində saxlanılıb və onlara işgəncə verilib.

 

Sərbəst buraxılan əsgərlər müvəqqəti bazaya aparılıb və orada rusiyalı həkimlər onlara lazımi köməklik göstəriblər.

 

Bundan sonra Rusiya Silahlı Qüvvələrinin nəzarəti və müşayiəti ilə azad edilmiş insanlar öz vətənlərinə təxliyə edilib.

 

Miri