Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Türkiyənin inflyasiyanın zirvəsini nə vaxt keçəcəyini açıqlayıb

Ərdoğan Türkiyənin inflyasiyanın zirvəsini nə vaxt keçəcəyini açıqlayıb

DÜNYA

307

26.05.2024, 14:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan illik inflyasiyanın 2024-cü ilin mayında pik həddinə çatacağını və bundan sonra sürətlə azalmağa başlayacağını bildirib.

 

Oxu24.com  xəbər verir ki, o, bu barədə İstanbulda Xarici İqtisadi Əlaqələr Şurasının iclası zamanı bildirib.

 

“İllik inflyasiyanın may ayında pik səviyyəsinə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik. İlin ikinci yarısından başlayaraq biz dezinflyasiya dövrünə qədəm qoyacağıq”, – Ərdoğan qeyd edib.

 

Dövlət başçısı vurğulayıb ki, Türkiyə iqtisadiyyatı “düzgün yoldadır” və onun administrasiyasının əsas prioriteti inflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsidir.

 

Mayın əvvəlində Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan mayın sonuna qədər ölkədə illik inflyasiyanın 75%-ə yaxın olacağını proqnozlaşdırmışdı.

 

Müstəqil iqtisadçılar inflyasiyanı daha yüksək - 124,35% hesablasalar da, apreldə bu rəqəm rəsmi məlumatlara görə illik ifadədə 69,8%-ə çatıb.

 

Miri