Qaynar xətt:

(+99450) 247 90 86

Misir Qəzza zolağına 200 yük maşını humanitar yardım göndərib

Misir Qəzza zolağına 200 yük maşını humanitar yardım göndərib

DÜNYA

486

26.05.2024, 13:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Misir Qəzza zolağına fələstinlilər üçün humanitar yardımla təxminən 200 yük maşını göndərib.

 

Oxu24.com  bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalına istinadən xəbər verir.

 

Bildirilir ki, Rəfəh keçidindən Kerem Şalom keçid məntəqəsinə gedən marşrutla ağır yük maşınları hərəkət edir.

 

Yük maşınlarının bəziləri artıq anklav ərazisinə daxil olub, onların dəqiq sayı barədə məlumat verilməyib.

 

Məlumdur ki, demək olar ki, bütün maşınlar fələstinlilərə ərzaq aparır, dörd maşına isə yanacaq yüklənir.

 

Mayın 26-da Qəzza zolağının Rəfah şəhərində yerləşən Küveyt xəstəxanasında yanacağın 24 saatdan az müddətə tükənəcəyi barədə məlumat yayılıb.

 

Bundan əvvəl Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində yerləşən Əl-Əqsa xəstəxanası yanacaq çatışmazlığı səbəbindən generatorların bağlanmasından şikayətlənib.

 

Tibb müəssisəsi qeyd edib ki, ÜST təcili olaraq 50 min litr yanacaq tədarükü tələbinə cavab verməyib.

 

Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi qərar çıxarıb ki, İsrail əsgərləri Rəfah əməliyyatını dərhal dayandırmalıdır. İsrail hökmü yerinə yetirməkdən imtina edib.

 

Nigar