Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenko İran prezidentinin ölümündə kimin günahkar olduğunu deyib

Lukaşenko İran prezidentinin ölümündə kimin günahkar olduğunu deyib

DÜNYA

414

24.05.2024, 20:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus lideri Aleksandr Lukaşenko İran prezidenti İbrahim Rəisi ilə faciədə ABŞ-ın sanksiya siyasətinin rol oynadığını bildirib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə  BelTA   məlumat yayıb.

 

Onun sözlərinə görə, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri, xüsusən də İran liderinin helikopterinin texniki xidmətinə mane olub.

 

“ABŞ-ın iyrənc siyasəti buna səbəb oldu. İlk növbədə, sanksiyalar. Bu əclafların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər”, - Lukaşenko izah edib.

 

O, əlavə edib ki, bu barədə Belarus prezidenti kimi deyil, ilk növbədə şəxs kimi danışır.

 

Mayın 19-da Rəisiyə məxsus helikopter Azərbaycan-İran sərhədi yaxınlığındakı dağlarda qəzaya uğrayıb.

 

Qəza nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Helikopterdə Rəisidən başqa xarici işlər naziri Hüseyn Əmir Abdullahyan da uçurdu.

 

Mayın 23-də İran prezidenti məmləkəti Məşhəddə dəfn olunub, siyasətçi ilə vidalaşmağa 3 milyona yaxın insan gəlib. Hadisənin araşdırılmasına gəlincə, helikopterin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıq olub.

 

Bundan əvvəl Rusiya Raisi helikopterinin qəzaya uğraması ilə bağlı nəticə çıxarmağa tələsməməyə çağırıb.

 

Nigar