Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə polisi 320 min FETÖ üzvünün məxfiliyini ləğv edib

Türkiyə polisi 320 min FETÖ üzvünün məxfiliyini ləğv edib

DÜNYA

342

22.05.2024, 20:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə polisi “gizli FETÖ polis hücrəsi” ilə əlaqəli 250 nəfərin məlumatlarını ehtiva edən faylları deşifrə edib.

 

Qeyd olunur ki, bundan əvvəl təşkilatın 320 min üzvü haqqında məlumatın şifrəsi açılıb və bu, bütün ölkə ərazisində kütləvi həbslərə səbəb olub.

 

Oxu24.com xəbər verir  ki,bu barədə TRT Haber məlumat yayıb.

 

Bildirilir ki, “gizli şahid” bir mobil telefon və iki mikro yaddaş kartını prokurorluğa təhvil verib.

 

Təxminən 250 şifrələnmiş faylda ölkənin hüquq-mühafizə orqanları tərəfindən əvvəllər heç bir tədbir görülməmiş təşkilat üzvlərinin adları və rəsmi əlaqələri aşkar edilib.

 

Beləliklə, 16 illik nəhəng kəşfiyyat arxivinə giriş əldə edilib və sonradan ölkənin müxtəlif bölgələrində saxlanılan 320 min təşkilat üzvü haqqında məlumat deşifrə edilib.

 

Nigar