Qaynar xətt:

(+99450) 247 90 86

Vyetnamın yeni prezidenti seçilib

Vyetnamın yeni prezidenti seçilib

DÜNYA

223

22.05.2024, 11:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vyetnam Sosialist Respublikasının (VSR) Milli Assambleyası (birpalatalı parlament) 15-ci çağırış Milli Assambleyasının Hanoyda keçirilən yeddinci sessiyasında hakim partiyanın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı yeni prezident seçib.

Oxu24.com xəbər verir ki,  bu barədə Milli Assambleyanın mətbuat xidmətinin rəhbəri Buy Van Kıonq bildirib.

Məlumata əsasən, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi ilə bağlı qətnaməni Milli Assambleyanın iclasda iştirak edən 473 deputatından 472-si dəstəkləyib.