Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi

DÜNYA

1896

26.04.2018, 14:27

\"\" İrəvanda keçirilən etiraz aksiyalarının təşkilatçısı, \"Mənim addımım\" təşəbbüs qrupunun rəhbəri Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volinkinlə görüşüb. Oxu24.com Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyan açıqlama verib. O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın Ermənistandakı hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib. Görüş Paşinyanın təşəbbüsü ilə baş tutub. O, səfirlə görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib. Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib.