Kapitan öldü
12 Sentyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
236
20.05.2024, 11:47
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısının öldüyü bildirilir. Məlumatı İranın dövlət rəsmiləri də təsdiq edib.
Modern.az-ın məlumatına görə, İran rəsmilərini daşıyan helikopter “Bell 212” model olub.
Bu hava vasitəsi Vyetnam müharibəsi dövründən qalma UH-1N "Twin Huey" helikopterinin mülki versiyasıdır. Helikopter həm hökumətlər, həm də özəl operatorlar tərəfindən qlobal miqyasda geniş istifadə olunur.
Helikopter ABŞ-ın “Bell Helicopter” (hazırda bu şirkətin adı “Bell Textron”dur) şirkəti tərəfindən istehsal edilib. Şirkət sözügedən helikopteri 1960-cı illərin sonlarında Kanada ordusu üçün hazırlayıb. ABŞ və Kanada qısa müddətdə helikopteri silahlanmaya qəbul edib.
“Bell 212” personalın, yüklərin və silahların daşınması, havadan yanğınsöndürmə üçün istifadə edilir. İranda qəzaya uğrayan model dövlət rəsmilərini daşımaq üçün konfiqurasiya edilib. Platforma ekipaj daxil olmaqla 15 nəfəri daşıya bilər. Maksimum qaldırma qüvvəti 5 tondur.
Yaponiyanın Sahil Mühafizəsi, ABŞ-də hüquq-mühafizə orqanları və yanğınsöndürmə idarələri, Tailandın milli polisi və bir çox başqa qurumlar tərəfindən idarə edilən helikopterdən İranda 10 ədəd var.
Qeyd edək ki, bundan əvvəl 2018-ci ildə İranda daha bir “Bell 212” helikopteri qəzaya uğrayıb və 4 nəfər həlak olub. Helikopterlər İran şahı Rza Pəhləvinin dövründə ABŞ-dən alınıb.

00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.