Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanda "yüksək temperatur" xəbərdarlığı edilib

Hindistanda \\\"yüksək temperatur\\\" xəbərdarlığı edilib

DÜNYA

427

18.05.2024, 19:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan Meteorologiya İdarəsinin (IMD) açıqlamasına görə, dünən paytaxt Yeni Dehlidə havanın temperaturu 47,1 dərəcəyə çatıb.

 

Oxu24.com  xəbər  verir ki,ətrafdakı Pəncab, Haryana və Racastan ştatlarında istilərlə bağlı xəbərdarlıq edilib.

 

IMD rəsmisi Soma Sen Roy insanları istidən qorunmaq üçün günorta saatlarında çölə çıxmamağa, bol paltar geyinməyə və bol su içməyə çağırıb.

 

Mütəxəssislər aprelin 19-dan iyunun 1-dək keçirilən ümumi seçkilərdə mitinqlərə qatılan və ya növbə gözləyən seçicilərdən isti vurmağa qarşı tədbir görmələrini istəyib.

 

Nigar