Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı açıqlanıb.
Oxu24.com xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan yağışlardan sonra baş verən daşqınlar səbəbindən can və mal itkiləri artır. İndiyədək təbii fəlakət nəticəsində 107 nəfər həyatını itirib, itkin düşənlərin sayının isə 136-ya yüksəlib.
Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.
Oxu24.com
ŞƏRHLƏR