Bob Maki öldü
14 Sentyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
337
04.05.2024, 17:37
"Balkan Nostradamusu" adlandırılan Vangeliya Quşterovanın 2024-cü il üçün bəzi qorxulu proqnozları özünü doğrultmağa başlayır.
OXU24.COM bildirir ki, Vanqa qarının növbəti proqnozlarından biri də özünü doğruldub. Belə ki, britaniyalılar mayın 3-də səhər saatlarında dəhşətli tufana oyanıblar. Ölkədə sanki "bomba partlayıb".
Qeyd edək ki, Vanqa qarı 25 il əvvəl vəfat edib. O, uşaq ikən kor olub. Lakin onun bəzi proqnozları, o cümlədən bir çox dünya hadisələrini dəqiq təsvir edib. Bunlar arasında 11 sentyabr hadisələri və hətta İngiltərənin Aİ-dən çıxması da var.
2024-cü il üçün proqnozlardan biri Böyük Britaniyadakı iqtisadi böhranla bağlı olub. Nəticədə ÜDM 0,3% azalıb. İndi onun daha bir proqnozu gerçəkləşib - dəhşətli hava şəraiti. Britaniyaya mayın 3-də səhər sanki bomba atılıb.
Gecə saatlarında inanılmaz ildırımın çaxdığı, ildırımın evləri silkələdiyi bildirilir. Məlumata görə, Vanqa qarı 2024-cü ildə dəhşətli hava hadisələri və təbii fəlakətlərin olacağını qabaqcadan görüb.
Proqnoz, adətən uzun müddət ərzində baş verən orbital dəyişikliyin olacağı ilə bağlıdır. Lakin qısa müddət ərzində bu, bir çox problemlərə səbəb ola bilər: iqlimin pozulması və radiasiya səviyyələrində sıçrayış.
Böyük Britaniyanın Met Ofisi gecə ərzində şiddətli tufanlardan sonra Böyük Britaniyanın əksər ərazilərində xəbərdarlıq edib. Lakin bu gün axşam saatlarında da bəzi ərazilərdə tufan gözlənilir.
Bəzi rayonlarda susuzluq davam etsə də, şimşək çaxacağı, arabir güclənəcəyi bildirilir. Tez-tez şimşək çaxacaq. Güclü yağış, bir-iki saat ərzində 25-30 mm yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə yağıntının miqdarı 50 mm-ə qədər olacaq.
23:50 / 14 Sentyabr 2026
117
23:31 / 14 Sentyabr 2026
43
23:13 / 14 Sentyabr 2026
70
22:51 / 14 Sentyabr 2026
92
22:40 / 14 Sentyabr 2026
79
22:25 / 14 Sentyabr 2026
192
22:16 / 14 Sentyabr 2026
68
22:13 / 14 Sentyabr 2026
211
22:03 / 14 Sentyabr 2026
84
21:59 / 14 Sentyabr 2026
143
21:48 / 14 Sentyabr 2026
62
21:39 / 14 Sentyabr 2026
57
21:33 / 14 Sentyabr 2026
72
21:28 / 14 Sentyabr 2026
83
21:11 / 14 Sentyabr 2026
73
20:58 / 14 Sentyabr 2026
769
20:42 / 14 Sentyabr 2026
179
20:34 / 14 Sentyabr 2026
495
20:19 / 14 Sentyabr 2026
73
20:10 / 14 Sentyabr 2026
197
19:55 / 14 Sentyabr 2026
118
19:45 / 14 Sentyabr 2026
526
19:34 / 14 Sentyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.