Qaynar xətt:

(+99450) 247 90 86

İsrail yeni zərbələr endirib

DÜNYA

214

21.04.2024, 12:03

Livanın cənubunda şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirilib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.


“Gecə ərzində qırıcı təyyarələr Livandakı bir sıra Hizbullah terrorçu hədəflərinə, o cümlədən Odise bölgəsindəki müşahidə məntəqəsinə və Xiam bölgəsindəki iki hərbi obyektə hücum edib”, - bəyanatda deyilir.

 

Hərbçilər həmçinin "Tayr Harf bölgəsindəki Hizbullah hərbi strukturunun daxilində fəaliyyət göstərən terrorçunun müəyyən edildiyini" bildiriblər. “Döyüşçülər binanı vuraraq dağıdıblar”, - mətbuat xidməti qeyd edib.