Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106381
az

Mirzoyan Ərəbistana nəyə gedib?

20:3017 Aprel, 2024
87
  • A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanında səfərdədir.

 

Oxu24.com  xəbər  verir   ki, Erməni KİV-lərinin məlumatına görə, Mirzoyan artıq səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səudla görüşüb. Krallığın yüksək səviyyəli rəsmiləri ilə digər görüşlər də planlaşdırılır.


Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında birbaşa aviareyslərin yaradılmasını, ticarət-iqtisadi, turizm, təhsil, informasiya sahələrində əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də dövlətlərin müdafiəsi məsələlərini müzakirə ediblər. 

 

Ararat Mirzoyan səudiyyəli həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesini, sülh müqaviləsi layihəsi üzrə danışıqları təqdim edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri ilə ölkə prezidenti arasında qalmaqal
Avropa İttifaqında
Qazaxıstanın keçmiş daxili işlər naziri saxlanıldı