"ABŞ Estoniyaya kömək etməyəcək"
27 Noyabr 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
410
01.04.2024, 22:09
Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayı 138-ə yüksəlib.
Oxu24.com xəbər verir ki, Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist İsrail qüvvələrinin Qəzzada Şifa xəstəxanasına basqını zamanı həyatını itirib.
İsrail ordusu bu gün Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanası və onun ətrafını tərk etdiyini açıqlayıb.
İsrail ordusu 14 gün davam edən hücumlar zamanı Şifa xəstəxanası və ətraflarında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.
Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri geri çəkilməzdən əvvəl Şifa xəstəxanasının bütün binalarını yandırıb və tamamilə sıradan çıxarıb, xəstəxananın cərrahiyyə binasının döşəmə və otaqlarını tamamilə dağıdıb, qalanlarını yandırıb, əsas qəbul və təcili yardım binasını yandırıb və bütün tibbi yardımı dağıdıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 845 fələstinli həlak olub, 75 min 392 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Nigar
23:32 / 27 Noyabr 2026
44
23:28 / 27 Noyabr 2026
37
23:27 / 27 Noyabr 2026
33
23:26 / 27 Noyabr 2026
37
23:05 / 27 Noyabr 2026
62
22:56 / 27 Noyabr 2026
60
22:48 / 27 Noyabr 2026
87
22:35 / 27 Noyabr 2026
76
22:22 / 27 Noyabr 2026
122
22:16 / 27 Noyabr 2026
91
22:09 / 27 Noyabr 2026
98
22:08 / 27 Noyabr 2026
131
22:06 / 27 Noyabr 2026
98
22:00 / 27 Noyabr 2026
150
21:59 / 27 Noyabr 2026
167
21:44 / 27 Noyabr 2026
404
21:43 / 27 Noyabr 2026
100
21:36 / 27 Noyabr 2026
109
21:23 / 27 Noyabr 2026
140
21:11 / 27 Noyabr 2026
128
20:55 / 27 Noyabr 2026
137
20:46 / 27 Noyabr 2026
139
20:39 / 27 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.