Türkiyə bu sahədə ön sıralara çıxdı
18 Sentyabr 2026, 19:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
01.04.2024, 22:07
İsrail Parlamenti bugünkü iclasda açıq şəkildə “Əl-Cəzirə qanun layihəsi” adlandırılan və “hökumətə İsrailin milli təhlükəsizliyinə zərər vurduğu əsası ilə xarici media qurumlarını bağlamaq səlahiyyəti verən” qanun layihəsini ikinci və üçüncü səsvermədə qəbul edib.
Oxu24.com xəbər verir ki, Baş nazir Benyamin Netanyahu X sosial media platformasındakı paylaşımında Əl-Cəzirənin İsrail təhlükəsizliyinə zərər verdiyini, 7 oktyabr hücumlarında fəal iştirak etdiyini və İsrail əsgərlərinə qarşı təxribatçı ifadələr işlətdiyini iddia edib.
Kanalın bundan sonra İsraildə yayıma çıxa bilməyəcəyini açıqlayan Netanyahu, "Kanalın fəaliyyətini dayandırmaq üçün yeni qanuna uyğun olaraq dərhal hərəkətə keçmək niyyətindəyəm", deyə bildirib.
Netanyahu İsrailin rabitə naziri Şlomo Karhi və Ofir Katzın rəhbərlik etdiyi Parlament Komissiyası üzvlərinin dəstəklədiyi və parlamentdə bəyənilən qanun layihəsini alqışladığını bildirib.
Netanyahunun uzun müddətdir təsdiqlənməsini istədiyi qanun layihəsinin İsrailin Qəzzaya hücumları zamanı gündəmə gələn “Əl-Cəzirənin İsraildə yayımlarını dayandırmaq” məqsədi ilə təqdim edildiyi bildirilir. Qanun layihəsi Rabitə nazirinə "mətbuat orqanı"nı "milli təhlükəsizliyə zərər verdiyi əsaslarla" yayım platformalarından çıxarmaq, İsraildəki ofislərini bağlamaq, avadanlıqlarını müsadirə etmək və internet saytlarına girişini əngəlləmək səlahiyyəti verir.
Əl-Cəzirə qanun layihəsi
İsrail dövlət televiziyası KAN-ın 20 oktyabr 2023-cü il tarixli xəbərində İsrail hökumətinin “dövlət təhlükəsizliyinə təhdid yaradan” televiziya kanallarının bağlanmasına icazə verən qaydaları təsdiqlədiyi bildirilib və qərara uyğun olaraq, Əl-Cəzirənin İsraildəki ofislərini bağlamaq və onların avadanlıqlarını müsadirə etmək mümkün idi.
İsrail nazirləri mediada "Əl-Cəzirə qanun layihəsi" kimi tanınan qanun layihəsini fevralın 12-də təsdiqləyiblər və parlament də həmin gün birinci oxunuşda qanunun ilk təsdiqini verib.
İsrailin rabitə naziri Şlomo Karhi fevralın 21-də Əl-Cəzirə kanalının yayımının qarşısını almaq üçün lazımi prosedurların tamamlandığını açıqlayıb.
Nigar
19:08 / 18 Sentyabr 2026
3
19:06 / 18 Sentyabr 2026
19
19:05 / 18 Sentyabr 2026
18
18:58 / 18 Sentyabr 2026
40
18:56 / 18 Sentyabr 2026
36
18:55 / 18 Sentyabr 2026
47
18:50 / 18 Sentyabr 2026
35
18:48 / 18 Sentyabr 2026
44
18:40 / 18 Sentyabr 2026
43
18:28 / 18 Sentyabr 2026
150
18:23 / 18 Sentyabr 2026
47
18:21 / 18 Sentyabr 2026
169
18:18 / 18 Sentyabr 2026
65
18:16 / 18 Sentyabr 2026
119
18:14 / 18 Sentyabr 2026
87
18:06 / 18 Sentyabr 2026
48
17:55 / 18 Sentyabr 2026
62
17:19 / 18 Sentyabr 2026
73
17:00 / 18 Sentyabr 2026
66
16:40 / 18 Sentyabr 2026
75
16:20 / 18 Sentyabr 2026
156
16:05 / 18 Sentyabr 2026
86
16:03 / 18 Sentyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.