Qaynar xətt:

(+99450) 247 90 86

Tunis sahillərində qayığı batan miqrantlardan 663-ü xilas edilib

Tunis sahillərində qayığı batan miqrantlardan 663-ü xilas edilib

DÜNYA

360

25.03.2024, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tunis Milli Qvardiya Baş Administrasiyasının sosial media hesabından qeyri-qanuni miqrasiya təşəbbüsləri ilə bağlı açıqlama verilib.

 

Oxu24.com  xəbər  verir  ki, açıqlamada, "Sfaks şəhəri sahillərində qarşısı alınan 16 nizamsız miqrasiya cəhdi zamanı 5 immiqrantın cəsədi tapılıb, 663 immiqrant xilas edilib.

 

Hərbi Dəniz Qüvvələri və silahlı qüvvələrin mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.

 

2023-cü ildə Tunisdə 1300 qeyri-qanuni mühacir yoxa çıxıb

 

Tunis İqtisadi və Sosial Hüquqlar Forumu tərəfindən fevralın 6-da edilən açıqlamada, 2023-cü ildə qeyri-qanuni miqrasiya cəhdi zamanı 1300 tunisli qeyri-qanuni mühacirin yoxa çıxdığı, 17 mindən çox qeyri-qanuni immiqrantın isə dəniz yolu ilə Avropaya keçə bildiyi açıqlanıb.

 

Liviya və Əlcəzairlə həmsərhəd olan Tunisə hər il minlərlə afrikalı qeyri-qanuni immiqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün gəlir.

 

İtaliyanın Şimali Afrikaya ən yaxın quru hissəsi olan Lampeduza adası, Mərkəzi Aralıq dənizində qeyri-qanuni miqrasiya marşrutu üzərində yerləşir və Tunis sahillərindən təxminən 130 kilometr uzaqlıqdadır.

 

Tunisin Sfaks şəhəri qeyri-qanuni mühacirlərin Lampeduzaya çatmaq üçün tez-tez gəldiyi nöqtələr arasında seçilir.

 

Avropa Komissiyası, Tunis ilə Avropa Birliyi (AB) arasında 2023-cü ilin sentyabrında imzalanan anlaşma memorandumu çərçivəsində Tunisə 127 milyon avro yardım ayrıldığını və bu yardımların bir hissəsinin qeyri-qanuni mühacir axınının azaldılması məqsədi daşıdığını açıqlayıb.

 

Nigar