Qaynar xətt:

(+99450) 247 90 86

İlon Mask yenidən planetin ən varlı adamı olub

İlon Mask yenidən planetin ən varlı adamı olub

DÜNYA

342

25.03.2024, 16:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tesla və X (keçmiş Twitter) banisi İlon Mask yenidən planetin ən varlı adamı olub.

 

Oxu24.com xəbər  verir  ki,Bunu Çinin “Hurun” biznes nəşrinin dərc etdiyi reytinq sübut edir.

 

Nəşrin məlumatına görə, 2023-cü ildə Maskın sərvəti 47% artaraq 235 milyard dollara çatıb.

 

Qlobal reytinqdə ikinci yerdə 187 milyard dollar kapitalla Amazon yaradıcısı Ceff Bezos qərarlaşıb.Üçüncü yerdə sərvəti 177 milyard dollar dəyərində qiymətləndirilir Louis Vuitton Moet Hennessy holdinqinin sahibi fransız iş adamı Bernard Arnault qərarlaşıb.

 

Çinin ən varlı adamı Nongfu içməli su şirkətinin yaradıcısı Zhong Shanshan-dır. Onun kapitalı 450 milyard yuan (62 milyard dollar) təşkil edir ki, bu da ona qlobal siyahıda 21-ci yeri tutmağa imkan verir.

 

Hurunun hesablamalarına görə, dünyada 3279 dollar milyarder var. İl ərzində onların sayı 167 nəfər artıb. Ən çox zəngin insan Çində (814), ABŞ-da (800) və Hindistanda (271) yaşayır.

 

Bundan əvvəl məlum olub ki, dünyanın ən varlı adamları siyahısına düşmək daha da çətinləşib.

 

Nigar