Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada məktəblilərin olduğu avtobus ağır qəzaya düşdü

Rusiyada məktəblilərin olduğu avtobus ağır qəzaya düşdü

DÜNYA

374

24.03.2024, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pyatiqorskda uşaqları ekskursiyaya aparan avtobus qəzaya uğrayıb.

 

Oxu24.com  xəbər  verir  ki, Bu barədə Stavropol diyarı üzrə yol polisi idarəsinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

 

İlkin məlumata görə, qəza Pyatiqorsk şəhərinin Kalinin küçəsində baş verib.

 

Məktəbliləri daşıyan ekskursiya avtobusu çağırış istiqamətində hərəkətdə olan yanğınsöndürən maşını ilə toqquşub.

 

Toqquşma nəticəsində hər iki sürücü, həmçinin avtobusda olan ekskursiya bələdçisi və yanğınsöndürənlərdən 1 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yol polisinin məlumatına görə, avtomobil qəzasında uşaqlar xəsarət almayıb, onlar başqa nəqliyyat vasitəsi ilə otelə aparılıblar.

“112” Telegram kanalının məlumatına görə, qəza zamanı avtobusda 50 nəfər olub, onlardan 43-ü 13-15 yaşlı uşaqlar olub.

 

Nigar