Qaynar xətt:

(+99450) 247 90 86

BMT: İsrail bu həftə Qəzzanın şimalına göndərilən bütün ərzaq karvanlarını əngəlləyib

BMT: İsrail bu həftə Qəzzanın şimalına göndərilən bütün ərzaq karvanlarını əngəlləyib

DÜNYA

434

24.03.2024, 21:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin bu həftə məcburi ac qalan Qəzzanın şimalına göndərilməsi nəzərdə tutulan bütün ərzaq karvanlarını əngəllədiyini açıqlayıb.

 


Oxu24.com  xəbər  verir  ki, Lazzarini X sosial media hesabında Dünya Ərzaq Proqramının (WFP) Qəzzanın şimalında aclıqla bağlı xəbərdarlığı ilə bağlı açıqlamaya istinad edərək bir yazı paylaşıb.

 

"Bu həftə bütün ərzaq karvanlarımız (İsrail tərəfindən) Qəzzanın şimalına daxil olmaq üçün maneə törədilib." Lazzarini xəbərdarlıq etdi ki, süni aclığın hələ də maneəsiz girişlə qarşısını almaq olar.

 

Lazzarini, İsrailin yardımın çatdırılmasına icazə vermədiyi təqdirdə uşaqların aclıq və susuzluqdan ölməyə davam edəcəyinə diqqət çəkib.

 

Nigar