Qaynar xətt:

(+99450) 247 90 86

Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – KİV

Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – KİV

DÜNYA

587

23.03.2024, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. 

Bu barədə “Moskovskiy komsomolets” nəşri məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar respublika rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kriminal aləmdə tanınan şəxslər olan Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S. və Məmmədov Z.İ. ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəliblər. Martın 22-də əməliyyat tədbirləri həyata keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdiyi bilirilir.