İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-a göndərib
19 Sentyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
241
19.03.2024, 20:04
Qəzza hökumətinin Media Ofisindən İsrailin 165 gündür Qəzzada həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Oxu24.com xəbər verir ki, açıqlamaya görə, İsrail ordusu oktyabrın 7-dən bu yana Qəzza zolağında 2807 qırğın törədib.
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 14 min uşaq və 9 min 220 qadın həyatını itirib.
Açıqlamada 7 min nəfərin dağıntılar altında qaldığı və ya itkin düşdüyü bildirilmiş, xəstəxanalara çatan ölənlərin sayının 31 min 819, yaralıların isə 73 min 934 olduğu bildirilib.
Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.
İsrailin xalqı ac-susuz qalmağa məcbur etdiyi, humanitar yardımların ölkəyə girməsinə mane olaraq humanitar fəlakətə səbəb olduğu Qəzzada 27 uşaq qida çatışmazlığı və susuzluqdan həyatını itirib.
İsrail on minlərlə ton partlayıcıdan istifadə edib
İsrail ordusunun oktyabrın 7-dən etibarən Qəzzaya 70 min tondan çox partlayıcı ilə hücum etdiyi vurğulanıb.
Açıqlamaya görə, İsrailin səhiyyə sektorunu da hədəf alan hücumları nəticəsində Qəzzada 364 səhiyyə işçisi və 48 mülki müdafiə əməkdaşı həyatını itirib.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 135 jurnalistin öldüyü qeyd edilib.
Nigar
22:13 / 19 Sentyabr 2026
18
21:53 / 19 Sentyabr 2026
36
21:35 / 19 Sentyabr 2026
42
21:34 / 19 Sentyabr 2026
44
21:19 / 19 Sentyabr 2026
72
21:09 / 19 Sentyabr 2026
57
21:05 / 19 Sentyabr 2026
55
20:58 / 19 Sentyabr 2026
168
20:52 / 19 Sentyabr 2026
56
20:30 / 19 Sentyabr 2026
68
20:30 / 19 Sentyabr 2026
66
20:23 / 19 Sentyabr 2026
66
20:13 / 19 Sentyabr 2026
60
20:09 / 19 Sentyabr 2026
171
20:00 / 19 Sentyabr 2026
60
19:54 / 19 Sentyabr 2026
74
19:48 / 19 Sentyabr 2026
48
19:48 / 19 Sentyabr 2026
164
19:44 / 19 Sentyabr 2026
830
19:42 / 19 Sentyabr 2026
185
19:36 / 19 Sentyabr 2026
70
19:33 / 19 Sentyabr 2026
63
19:27 / 19 Sentyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.