Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstan prezidenti NATO-nun baş katibi ilə Abxaziyadakı Rusiya Hərbi Dəniz Qüvvələri bazasını müzakirə edib

Gürcüstan prezidenti NATO-nun baş katibi ilə Abxaziyadakı Rusiya Hərbi Dəniz Qüvvələri bazasını müzakirə edib

DÜNYA

368

18.03.2024, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstan prezidenti Salome Zurabişvili NATO-nun baş katibi Yens Stoltenberq ilə Rusiyanın Abxaziyanın Oçamçira bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələri üçün daimi baza yaratmaq planlarını müzakirə edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 

“Prezident diqqəti  Oçamçirada Hərbi Dəniz Qüvvələrinin və Suxumi hava limanının yaradılmasına yönəltdi”, - məlumatda deyilir.

 

Mətbuat xidmətinin məlumatına görə, danışıqların hər iki tərəfi “Qara dənizin təhlükəsizliyinin vacibliyini qeyd ediblər”.

 

Oktyabr ayında Abxaziya prezidenti Aslan Bjaniya bölgədə Rusiya hərbi-dəniz bazasını yerləşdirməyi planlaşdırdığını açıqlamışdı.

 

Buna cavab olaraq Gürcüstan Xarici İşlər Nazirliyi Moskvanı 2008-ci il atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

 

Tbilisi Rusiya bazasının Abxaziya ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması adlandırıb.

 

Nigar