Qaynar xətt:

(+99450) 247 90 86

Onlar da Putini təbrik etdi

Onlar da Putini təbrik etdi

DÜNYA

370

18.03.2024, 20:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Zhang Ming və Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş ediblər.

 

Oxu24.com  xəbər  verir  ki,  Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına  görə, onlar bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə ediblər.

 

“Rusiya Mərkəzi Seçki Komissiyasının elan etdiyi səsvermənin ilkin nəticələrini nəzərə alaraq, ŞƏT-in baş katibi və ÇXR hökumətinin xüsusi nümayəndəsi Vladimir Putinə seçkilərdəki qələbəsi münasibətilə təbrikləri çatdırmağı xahiş ediblər”, - Rusiya XİN-in bəyanatında deyilir. 

 

Onlar həmçinin Rusiya liderinin ŞƏT-in “həm yaradılmasında, həm də inkişafında”, “Rusiya-Çin strateji tərəfdaşlığının dinamik və hərtərəfli möhkəmləndirilməsində” böyük şəxsi töhfəsini qeyd ediblər.

 

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 100%-i işləndikdən sonra Putin 87,28% səs toplayıb.

 

 

Miri