Qaynar xətt:

(+99450) 247 90 86

Qırğızıstanda “xarici agentlər haqqında” qanun qəbul edilib

Qırğızıstanda “xarici agentlər haqqında” qanun qəbul edilib

DÜNYA

313

14.03.2024, 19:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qırğızıstan parlamenti “xarici nümayəndələr haqqında” qanun layihəsini qəbul edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Azadlıq” radiosunun Qırğızıstan xidməti məlumat yayıb.

 

Layihənin qəbulunun lehinə 66 deputat, əleyhinə isə beş deputat səs verib, daha bir neçə deputat iclasda iştirak etməyib və ya səs verməyib (parlamentdə ümumilikdə 90 deputat var).

 

Qanun layihəsi qeyri-kommersiya təşkilatları üzərində dövlət nəzarətini gücləndirməyə imkan verir.

 

Sənədə əsasən, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT-lər “xarici nümayəndə” elan edilərək xüsusi reyestrdə yer alacaqlar.

 

Belə QHT-lərdən Qırğızıstanın səlahiyyətli orqanlarına əlavə hesabatlar təqdim etmələri tələb olunacaq və onlar plandankənar yoxlamalara məruz qala bilərlər.

 

Bundan əlavə, “xarici nümayəndələr” nəşrlərini lövhə ilə müşayiət etməli olacaqlar.

 

Miri